Tramvay bu istiqamətlər üzrə hərəkət edəcək - Siyahı AÇIQLANDI - VİDEO
İllər əvvəl Bakıda ictimai nəqliyyatın mühüm növlərindən biri olan tramvay yenidən şəhər küçələrinə qayıtmağa hazırlaşır. 2025-2030-cu illəri əhatə edən dövlət proqramında tramvay xətlərinin yaradılması ilə bağlı müddəalar yer alıb. Hazırda konseptual plan hazırlanır və ilkin mərhələdə Mehdiyabad istiqamətindən şəhər mərkəzinə qədər alternativ marşrutlar nəzərdən keçirilir.
Day.Az xəbər verir ki, ilkin variantda Mehdiabaddan Binəqədi, Azadlıq prospekti metrosu ətrafı və 28 May ərazisinə qədər, təxminən 20 kilometrlik tramvay xəttinin yaradılması planlaşdırılır.
Layihənin reallaşdırılması üçün əvvəlcə texniki-iqtisadi əsaslandırma hazırlanmalı, daha sonra layihələndirmə və tender mərhələləri həyata keçirilməlidir.
Tramvayın əsas məqsədi metro və avtobusları əvəz etmək deyil, bu nəqliyyat növlərini bir-biri ilə əlaqələndirməkdir. Xüsusilə metro xətlərinin çatmadığı ərazilərdə sərnişin axınının bölüşdürülməsi və nəqliyyat yükünün azaldılması gözlənilir. Düzgün planlaşdırılacağı təqdirdə tramvay sistemi Bakının nəqliyyat infrastrukturunda əhəmiyyətli dəyişikliklər yarada bilər.
Ətraflı "İctimai TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре