https://news.day.az/azerinews/1869635.html Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik edib Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. Day.Az xəbər verir ki, məktubda qeyd olunub: "Hörmətli cənab Federal Prezident...

Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik edib

Azərbaycanca, 26 октября 2026 11:27 (UTC +04:00) 237
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.

Day.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlənərək qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Avstriya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости