https://news.day.az/azerinews/1871106.html Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq Fransanın paytaxtı Parisdə gözlənilən etiraz aksiyaları ilə əlaqədar bu gün 40-dan çox metro stansiyasının fəaliyyəti dayandırılacaq. Day.Az xəbər verir ki, bu barədə Parisin ictimai nəqliyyat operatoru "RATP" məlumat yayıb.

Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

Azərbaycanca, 31 октября 2026 14:03 (UTC +04:00) 349
Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

Fransanın paytaxtı Parisdə gözlənilən etiraz aksiyaları ilə əlaqədar bu gün 40-dan çox metro stansiyasının fəaliyyəti dayandırılacaq.

Day.Az xəbər verir ki, bu barədə Parisin ictimai nəqliyyat operatoru "RATP" məlumat yayıb.

Bildirilib ki, polis prefekturasının tələbi və təhlükəsizlik tədbirləri çərçivəsində stansiyalar şənbə günü bağlanacaq. Onların əksəriyyəti Parisin mərkəzi hissəsində yerləşir. Stansiyaların bəziləri artıq fəaliyyətini dayandırıb, digərlərinin isə gün ərzində bağlanacağı gözlənilir.

Qeyd edək ki, Fransada bu gün ardıcıl üçüncü şənbə günü kütləvi etiraz aksiyaları keçiriləcək. Aksiyalara həmkarlar ittifaqları, eləcə də "Sarı jiletlilər" hərəkatının nümayəndələri çağırış ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости