https://news.day.az/azerinews/1873486.html Dünya çempionatının medalçıları Vətənə qayıdıblar Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu Dünya çempionatında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar. Milli komandamız mötəbər yarışda 1 qızıl və 2 gümüş medal qazanıb.

Dünya çempionatının medalçıları Vətənə qayıdıblar

Azərbaycanca, 10 ноября 2026 23:55 (UTC +04:00) 213
Dünya çempionatının medalçıları Vətənə qayıdıblar

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu Dünya çempionatında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar.

Milli komandamız mötəbər yarışda 1 qızıl və 2 gümüş medal qazanıb. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət tamblinq komandamız ardıcıl üçüncü dəfə Dünya çempionu olub.

Batut gimnastikası üzrə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov Dünya çempionatında ilk dəfə gümüş medal qazanıblar. Tamblinq üzrə fərdi proqramda gümüş medala sahib olan Tofiq Əliyev üçün də bu, fərdi yarışda Dünya çempionatında qazandığı ilk medal olub.

Dünya çempionatının medalçılarını hava limanında ailə üzvləri, media və federasiya nümayəndələri qarşılayıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости