https://news.day.az/azerinews/1877821.html Oğurluq edən keçmiş məhkumlar saxlanıldı Pirallahı rayonunda polis iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib. Bu barədə Day.Az-a DİN-dən məlumat verilib.

Oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Azərbaycanca, 28 ноября 2026 12:59 (UTC +04:00) 328
Oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Pirallahı rayonunda polis iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib.

Bu barədə Day.Az-a DİN-dən məlumat verilib. 

Araşdırmalarla müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə edilən tikilidən soyuducu və kondisioner mühərrikləri, alüminium qapı-pəncərə çərçivələri və plastik borular olmaqla, ümumilikdə 9210 manat dəyərində əmlakı talayıb. Oğurladığı əşyaları satdığı müəyyən edilən əvvəllər də məhkum olunmuş Rövşən Xəlilov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Digər fakt üzrə isə rayon ərazisində yerləşən marketlərdən birindən 1200 manat dəyərində spirtli içkilər oğurlayan, əvvəllər məhkum olunmuş Amid Səlimov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости