Minlərlə vətəndaşın torpaq problemi həll oluna bilər – Yeni qayda nəyi dəyişəcək? - VİDEO
Həyətyanı torpaq sahələri üçün verilmiş plan-ölçü sənədləri çıxarış almağa əsas yarada bilər.
Day.Az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin müzakirəsinə çıxarılan daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna təkliflərdə əksini tapıb.
Bildirilib ki, 2006-cı il iyulun 6-dək torpaq islahatı zamanı vətəndaşlara verilən sahələr üzrə mülkiyyət şəhadətnamələri tərtib edilib. Həmin tarixədək müraciət etməyən bəzi vətəndaşlar isə yalnız plan-ölçü sənədi əldə edə biliblər.
Yeni dəyişiklik qəbul olunarsa, həmin sənədlər torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas verə bilər. Beləliklə, indiyədək torpaqlarına çıxarış ala bilməyən vətəndaşların mülkiyyət hüquqlarını rəsmiləşdirməsi mümkün olacaq. Layihənin məqsədi eyni hüquqi əsasla torpaq əldə etmiş vətəndaşlar arasında yaranmış sənəd fərqini aradan qaldırmaqdır.
Əmlak üzrə ekspertlərin fikrincə, dəyişiklik yalnız mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə deyil, həmin əmlakların bazar dəyərinin artmasına da təsir göstərə bilər. Qeyd edək ki, qanun layihəsi birinci oxunuşdan keçib. Plan-ölçü sənədlərinin hansı hallarda çıxarış üçün əsas sayılacağını isə aidiyyəti qurum müəyyən edəcək.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре