Alimlər insan qulağının necə işlədiyi ilə bağlı yeni kəşf etdi
ABŞ-ın Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri insan qulağının aşağı tezlikli səsləri qəbul etməsi ilə bağlı yeni xüsusiyyət aşkar ediblər.
Day.Az xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan araşdırmaya görə, bu səslər daxili qulağın bir-birindən uzaq bölgələrində demək olar ki, eyni vaxtda oxşar titrəyişlər yaradır.
Bu nəticə səsin qəbul edilməsinin yalnız qulağın müəyyən nöqtələrinin aktivləşməsi ilə izah olunmadığını göstərir. Alimlər müəyyən ediblər ki, aşağı tezlikli səslərin daxili qulaqda yaratdığı təsir düşünüldüyündən daha mürəkkəb mexanizmə malikdir.
Tədqiqatın nəticələrinin gələcəkdə koxlear implantların təkmilləşdirilməsinə kömək edəcəyi gözlənilir. Xüsusilə eşitmə problemi olan insanların səs-küylü mühitdə nitqi daha yaxşı anlaması üçün yeni imkanlar yarana bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре