https://news.day.az/azerinews/731707.html Sürücülərin DİQQƏTİNƏ!

Sürücülərin DİQQƏTİNƏ!

Azərbaycanca, 24 декабря 2015 12:55 (UTC +04:00) 1 893
Sürücülərin

Day.Az представляет новость на азербайджанском языке

Bu gündən etibarən asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Neftçilər prospektinin (Hökumət evinin qarşısı) 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, təmir işlərinin dekabrın 28-də yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək "Formula-1" üzrə Avropa Qran-prisi ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri mərhələli şəkildə həyata keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости