Xalq artisti 16 illik "yalan"ından danışdı

Day.Az представляет новость на азербайджанском языке

"Atv maqazin onlarla" verilişinin müsahiblərindən biri xalq artisti Nisə Qasımova olub. 

Milli.Az xəbər verir ki, xalq artisti müsahibəsi zamanı 16 il yaşadığı "yalan"ından danışıb:

"16 il bir yalanla yaşamağa artıq insan alışır. Biri var dünyanın yalanlarının içində yaşayırsan, biri də var öz yalanının içində yaşayırsan. Biri də var ki, səni yalanlarla boğurlar. Əgər yalan dünyanın içində insan özünü tapırsa, özünü idarə edə bilirsə, özünün xoşagəlməz istəklərini boğa bilirsə, onda 16 il yox, 116 il yaşamaq olar".

Qeyd edək ki, xanım sənətkar bu fikirləri "Qara dərviş" adlı rok ifaçısı ilə yeni aranjmanda çəkdirdiyi 16 il öncə ifa etdiyi "Yalandı dünya" adlı mahnısının klip təqdimatında söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.