Sumqayıtın nəqliyyat problemi həll olundu - 70 yeni avtobus gətirilir
Day.Az представляет новость на азербайджанском языке
Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən marşrut xətlərindəki bütün köhnə avtobusların dəyişdirilməsinə başlanılıb.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin "SumqayıtNəqliyyat" MMC-in rəhbəri Xannı Rüstəmov deyib.
Qurum rəhbəri bildirib ki, şəhərdaxili və şəhərkənarı marşrut xətlərindəki bütün köhnə avtobuslar mart ayına qədər yeniləri ilə əvəzlənəcək:
"Artıq yeni avtobuslar sifariş verilib. Hissə-hissə avtobuslar gətirilərək marşrut xətlərinə buraxılacaq. Hazırda Sumqayıtda əksər marşrut xətlərindəki avtobuslar yenisi ilə əvəzlənib. 3, 2 və 14 saylı marşrutlardakı avtobuslar isə hələ də köhnədir və standartlara cavab vermir. Bu marşrutlardakı avtobusların yenisi ilə əvəzlənməsi üçün 70 yeni avtobus sifariş verilib. Həmin avtobusların yarısı iritutumlu, qalanları isə kiçiktutumludur".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре