Serj Sarqsyana ünvanlanmış şok təbrik məktubu üzə çıxdı

Day.Az представляет новость на азербайджанском языке.

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan dünən 60 yaşını qeyd etdi.

Hakimiyyəti dövründə xalqının birmənalı münasibətini və dəstəyini görməyən prezident daha çox tənqid hədəfi kimi yadda qalıb. Yerli əhali və diasporaçı ermənilərin bir ölkə lideri kimi ona az etibar etməsi Serj Azatoviçin uğurlu rəhbər olmadığını sübut etməyə kifayət edir.

Araraum.am saytı doğum gününü qeyd edən prezidentə ölkə vətəndaşlarının biri tərəfindən ünvanlanmış "təbrik" məktubunu yayımlayıb. Məktubda deyilir:

"Salam ölkəmizin üçüncü prezidenti. Bugün sizin doğum gününüzdür.

Rəhbərlik etdiyiniz ölkəmiz xalqın deyil, Allahın ümidinə buraxılıb. Kəndlərimizə baxın, ancaq yaşlılar yaşayır həmin kəndlərdə. Müstəqil Ermənistanın cavanları ölkəni tərk edir.

Uşaq bağçalarında mövcud olan özbaşınalıqlar və şəraitə görə azyaşlı körpələr az qala ölümün nəfəsini hiss edirlər. Bağça rəhbərlərinin vəziyyəti isə təm əksinədir.

Ali məktəbi bitirib diplom alanlar ölkədən kənarda iş axtarır. Necə də acınacaqlıdır elə deyilmi!? Ermənistan bizimçün 30 kvadrat kilometrlik bir ölkəyə çevrilib. Həmin ərazidə də bizlərə yer yoxdur. Emiqrasiya özünün pik nöqtəsinə çatıb.

Hörmətli prezident, nəzərinizə çatdırım ki, ölkənin gələcəyi cavanların təhsil haqqını ödəməyə pulları yoxdur. Kommunal xərclər ucbatından cavanlar özlərinə pul xərcləyə bilmirlər. İndi bizim evimizdə qaz yoxdur, borca görə kəsiblər. Az keçməz qiymətlər daha da artar və birdəfəlik qazdan məhrum olarıq. Çünki pulumuz yoxdur. Hal-hazırda mən və mənim kimi çoxları sizin fəaliyyətiniz nəticəsində yaranmış vəziyyətdən çıxış yolu axtarırırq.

Kasıb ölkələr sırasında olan ölkəmizdə hər bir ailənin sosial problemi var. Biz əhali sizin rəhbərlik etdiyiniz hökümətdən heç bir qayğı görmürük.

Sizin hökümətiniz yeni "qorbaçov" rejimi olan Gömrük İttifaqına doğru gedir. O ittifaqda qanun-qayda yoxdur, orada kütləvi məcburiyyət hökm sürür. Hörmətli prezident, görünür ki, siz hələ də məktəbli uşaq düşüncəsindəsiniz. Millilik hissi sizdə yoxdur.

İnanıram ki, gün gələcək sizin rejiminizdən qurtulacağıq və mənim övladlarım azad, layiq olduqları və özlərini təmin edə biləcəkləri Ermənistanda yaşayacaqlar. Arzularımızdakı Ermənistanı görmək ümidilə sizi təbrik edirəm..."

Sarqsyan və onun ölkəsinin öz vətəndaşını dili ilə olduğu kimi təsvir edilməsi artıq şərhə yer saxlamır.

Təbrikin ən gözəli ürəkdən və səmimi olandır, bax elə bu təbrik kimi.