Tanınmış azərbaycanlı aparıcı qəzaya düşdü - FOTO Day.Az представляет новость на азербайджанском языке.

ANS-də yayımlanan "Salam, Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərova avtomobil qəzasına düşüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, teleaparıcı bu barədə Facebook sosial şəbəkəsindəki profilində yazıb. Teleaparıcı bildirib ki, bir piyadanın ucbatından üç avtomobil yararsız vəziyyətə düşüb:

"Zəncirvari qəzaya düşdük. Mənim avtomobilimlə yanaşı, daha üç avtomobil yararsız vəziyyətdədir. Yüz metr aralıda keçid ola-ola, yolu düzgün yerdə keçməyən birinə görə bu boyda maddi ziyana düşdü hamı. O isə əlini cibinə qoyub getdi. Niyə bizdə piyada məsuliyyətə cəlb olunmur? Niyə o, maşınları düzəltdirməməlidir? Sonra vurub mitilini tullayanda da bütün nəsli düşür sürücünün üstünə. Qanunlarda boşluq doludur".

Böyütmək üçün şəklə klikləyin: