https://news.day.az/showbiz/567491.html Azərbaycanlı teleaparıcının canlı yayımda zarafatları - VİDEO

Azərbaycanlı teleaparıcının canlı yayımda zarafatları - VİDEO

Шоу-бизнес, 1 апреля 2015 12:55 (UTC +04:00) 3 380
Azərbaycanlı teleaparıcının canlı yayımda zarafatları - VİDEO Day.Az представляет новость на азербайджанском языке:

Aytən Səfərova həmkarları ilə "1 Aprel" zarafatı etdi.

"Salam, Azərbaycan" səhər proqramının teleaparıcısı canlı efirdə həmkarları ilə "1 aprel - gülüş günü" ilə əlaqdar zarafatlar edib. ANS PRESS-in məlumatına görə, məşhur və sevilən teleaparıcı Aytən Səfərova canlı efirdə paytaxt yollarındakı vəziyyəti çatdırmaq üçün NİİM-in ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı ilə bağlantı qurarkən onunla zarafatlaşıb.

Tanınmış teleaparıcı NİİM mütəxəssisinə arxadakı əməkdaşlarından birinin halının pisləşdiyini desə də, onun bu sözləri qarşı tərəfə indandırıcı gəlməyib və Aytən Səfərova bu xanımı aldada bilmədiyi üçün heyfsiləndiyini vurğulayıb.

Daha sonra o, "Şou-Biz" proqramının müxbiri Xanım Eynullayeva ilə də zarafat edib.

Belə ki, A.Səfərova şou-biznes müxbirinə mikrofonunun sönmüş vəziyyətdə olduğunu, işləmədiyini deyib. Buna inanan aparıcı mikrofonunu düzəltmək istədikdə xanım Səfərova növbəti "1 aprel qurbanı"nın o olduğunu dilə gətirib.

Daha sonra, canlı yayım zamanı hava haqqında məlumatı çatdırmaq üçün efirə qoşulan aparıcı Röya Bənənyarlı həmkarı Aytən Səfərovanın zarafatını ciddi qəbul edib.

A.Səfərova ona arxasında nəsə uçduğunu dedikdə, o da buna inanaraq geriyə doğru baxır və bir şey olmadığını görür. R.Bənənyarlı bununla da gün ərzində ikinci dəfə aldadıldığını deyir. Bundan əvvəl isə sürücünün onunla "1 aprel - gülüş günü" ilə bağlı zarafat etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, bir zamanlar hamını "Kök altı"na salan aparıcı öz yumor hissi, hazırcavablığı ilə seçilir. O, 1998-ci ildən etibarən ANS telekanalı ilə əməkdaşlıq etməyə başlayıb. O, daha çox "Xəbərçi" və "Kök altı" verlişlərindən tanınmağa, sevilməyə başlayıb.

Videonu izləmək üçüm şəkilə klikləyin:

фото
фото
фото
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости