Xoşqədəm Hidayətqızı: "Bütün qohum-əqrabam məndən inciyib" - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке: 

--------
11:44

Aparıcı Xoşqədəm Hidayətqızı "Salam Azərbaycan" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, teleaparıcı işləri ilə bağlı etiraflar edib:

"Bütün qohum-əqrabam məndən inciyib. Heç bir xeyirə-şərə getmirəm. Küsürlər, atam da əvəzimdən onlardan üzr istəyir. Son günlər əvvəl çalışdığım telekanalla aramda baş verən söz-söhbətlərə görə hər şeyi işimə qurban verməyimə peşman olmuşdum. Deyirdim, dəyməzmiş. Ötən həftə rayonda oldum. İnsanlar məni qucaqlayıb, ağlayırdılar. Onda düşündüm ki, yox, dəyər. Mən onların ümid yeriyəm. Mən o insanlarla yaşadım. Suriyada bir uşaq görmüşdüm. Atası ərəb, anası xristian imiş. Ölmüşdülər. 2 aydır 3 yaşlı qız dayısı ilə qalır. Gecələr yatmır. Onun olduğu çadıra getdik. Məni görəndə "mama" deyib qucağıma qaçdı. Doğuşla o uşağı övladlığa götürmək istəyirdik. Alınmadı".

X.Hidayətqızı yeni iş yeri olan ANS-dən də bəhs edib:

"Bir çoxları utanmadan etdiklərimi təkrarladılar. İnsan özü olmalıdır. ANS-ə gəlməyimə peşman deyiləm. Öz evimə gəldim. 5 il bundan əvvəl Mirşahin Ağayev və Vahid Mustafayevə görə ANS-ə gəlmişdim. Əsl jurnalist yolu keçiblər. Layihəmi burada görürdüm. Buradakılar bir amal üzrə çalışırlar. "Səni axtarıram"ın da amalı birdir. Xoşbəxtəm ki, ANS-dəyəm. Azərbaycanın ilk müstəqil televiziyadır. Haqqımda yalan yazılar yazdırdılar. Guya mən işçilərimlə sərt davranıram. Əgər mən pis idimsə, niyə işçilərim yanımdadır? "Səni axtarıram"ı pisləyirlər. Amma bir telekanalda mənim verilişimə bənzəyən 3 proqram var. Amma brend olduğu kimi qalır".

X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə qurmasından danışıb:

"Heç ağlıma gəlməzdi ki, ikinci dəfə ailə qurum. O qədər qorxurdum ki... Ailə fərqlidir. Özümü işə vermişdim. Düşünürdüm ki, necə edəcəm? Problemlərini həll etdiyim ailələri görəndən sonra qərar verdim ki, mənə də ailə lazımdır. Müxtəlif sahələrdə çalışan insanlardan evlilik təklifləri alırdım. Mənə məni ruhən başa düşən, eyni sahədə çalışan biri lazım idi. Ona görə də Doğuşu seçdim. Beş ilimi uşağımdan çox bu layihəyə sərf etdim. Övladı böyüdüb, təhsil verməkdən başqa sevgini də göstərməlisən. Oğluma ana sevgisi vermədim. Mənim əvəzimə o qayğını övladıma anam və bacım verdi".

---------
11:14

"Səni axtarıram"ın modelini yaradırlar. Teleaparıcıların bəziləri hətta məni yamsılayırlar".

ANS PRESS-in məlumatına görə, tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı bu sözləri ANS TV-nin "Salam, Azərbaycan" proqramında səsləndirib.

Layihəsindən ağız dolusu danışan Xoşqədəm, özünə qarşı çox tələbkar olduğunu dedi: "Mənim tənqidi tamaşaçılarım anam və bacımdı. Verilişdən sonra onlara zəng vurub səhvlərimi soruşuram. İndi artıq Doğuş da bu sıraya daxildir".

Teleaparıcı ailə qurmasından da söz açdı: "Bu 5 ildə o qədər talelər gördüm ki, sonunda belə qərara gəldim ki, mən ailə qurmalıyam. Çox təkliflər var idi. Müxtəlif sahədə çalışan idi. Doğuşla eyni mühitin insanları olduğumuzdan onu özümə daha yaxın bildim".

"Son 5 ilimi mən bu layihəyə verdim. Bir oğluma çox şeylər verə bildim, amma ana sevgisini mənim əvəzimə anam, bacılarım, dayələri verdi. Çünki 5 ilimi ancaq "Səni axtarıram" layihəsinə verdim. Bütün günümü, enerjimi ona sərf etdim. İnanın, layihəmlə bağlı o problemləri yaşayanda, layihəmin əlimdən alınması qorxusu ilə üzləşəndə elə pis olmuşdum ki, Allah eləməsin, sanki balamı itirmişdim. Çox pis günlər yaşadım, çox ağladım. Bu 5 ildə yanımda olan komandam məni sakitləşdirdi. Dedilər ki, olmasın "Səni axtarıram", olsun "Xoşqədəmlə səni axtarıram". Beləcə, layihəmə yeni nəfəs verib, işə başladım" - deyən Xoşqədəm Hidayətqızı, son günlər yaşadığı streslərin sonunda pozitiv ruhda işə yenidən start verib.