Aytən Səfərova haradadır?

Day.Az представляет новость на азербайджанском языке.


ANS TV-nin "Salam, Azərbaycan!" verilişinin aparıcısı və layihə rəhbəri Aytən Səfərova sabahdan efirdədir.

Anspress-in məlumatına görə, efirdən kənarlaşdırıldığı barədə şayiələr yayılan telejurnalist 2 həftəlik istirahətdən sonra iş başına geri dönür.

İkinci dəfə ana olmağa hazırlaşan Səfərova gərgin iş rejimindən yorulduğu və istirahətə ehtiyac duyduğu üçün bülletenə çıxmışdı. "Vəziyyətimi nəzərə alsaq, istirahətsiz çalışmaq çətindir. Qrafikim isə gərgindir, hər gün səhər tezdən efirdəyəm. İstirahətə ehtiyac duydum. Bu səbəbdən 2 həftədir efirdə yoxam. Efirdə olmadığım müddətdə barəmdə çox şayiələr yaranıb. Çoxları bunu müxtəlif hadisələrlə əlaqələndiriblər. İnşallah, bazar ertəsindən yenidən "Salam, Azərbaycan!"dayam və efirdə olmamağımın səbəblərini tamaşaçılarıma çatdıracam".