https://news.day.az/society/713236.html Avtobuslardakı sıxlıqdan bezən sərnişinlərin DİQQƏTİNƏ!

Avtobuslardakı sıxlıqdan bezən sərnişinlərin DİQQƏTİNƏ!

Общество, 2 ноября 2015 17:21 (UTC +04:00) 2 270
Avtobuslardakı sıxlıqdan bezən sərnişinlərin

Day.Az представляет новость на азербайджанском языке

"Marşrutlarda yaşanan sərnişin sıxlığı ilə bağlı "Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili" MMC-yə müraciət edilə bilər". Bu sözləri SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O, sərnişinlərin son vaxtlar tez-tez şikayətləndiyi avtobuslardakı insan sıxlığı ilə bağlı açıqlama verib.

Şəfa Mehmanqızı bildirib ki, əgər sərnişinlər hansısa bir marşrutda yaşanan sərnişin sıxlığından narahat olursa və marşrutda avtobusların sayı azdırsa, tez-tez sıxlıq olursa bununla bağlı "Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili" MMC-yə rəsmi müraciətlə baş vura bilərlər: "Söhbət hansısa bir marşrut xəttindən gedirsə, həmin marşrutun hərəkət etdiyi xətt üzrə ərazi yaşayan sakinlər imzalı müraciətlə öz narazılıqlarını bildirə bilərlər".

Onun sözlərinə görə, həmin qurumun rəsmiləri məhz bu müraciətdən sonra məsələ ilə bağlı müəyyən bir tədbir görə bilərlər: "Bundan sonra avtobus sayının artırılması ilə bağlı sahibkarlara müəyyən göstəriş verilə bilər. Xüsusilə də pik saatlarda avtobusların sayı artırıla bilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости