https://news.day.az/society/717867.html İnternetin kəsilməsi nəqliyyat sahəsinə də təsir edib

İnternetin kəsilməsi nəqliyyat sahəsinə də təsir edib

Общество, 16 ноября 2015 17:52 (UTC +04:00) 661
İnternetin kəsilməsi nəqliyyat sahəsinə də təsir edib

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda internetin kəsilməsi nəqliyyat sektoruna da təsir edib. Bunu Trend-ə açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, internetin kəsilməsi yollarda tıxac yaratmasa da, bəzi problemlərə səbəb olub: "Yollarda vəziyyət normaldır. Hazırda kameralar vasitəsilə yollardakı vəziyyəti müşahidə edə bilirik. Amma avtobus dayanacaqlarındakı monitorlara məlumatların ötürülməsi dayanıb. Mərkəzin "qaynar xətt"i də işləmir".

Qeyd edək ki, artıq bir saatdan çoxdur ki, Azərbaycanda internet kəsilib. Hazırda internetin bərpası üçün tədbirlər görülür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости