Dia Enactus komandası bir sıra yeniliklər etməyi planlaşdırır

Day.Az представляет новость на азербайджанском языке.


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının SIFE komandası isə 2007-ci ildə fəaliyyətə başlayıb.

Koman Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "SIFE Azərbaycan"ın təşkilatçılığı ilə keçirilən Respublika çempionatlarında böyük nailiyyətlər əldə edib.

Akademiyanın Enactus komandası 2012-ci ildə gedən restruktizasiya nəticəsində yenidən formalaşıb.Komandanın aktiv üzvləri layihələrin həyata keçirilməsi ilə bağlı məsələləri həll etmək məqsədilə Şəki,Zaqatala, İsmayıllı və Şamaxıda olmuş,yerli əhali və rəhbər şəxslərlə müzakirələr aparılıb.
DİA Enactus komandası fəaliyyəti ərzində bir sıra yeniliklərə də imza atıb. Belə ki, sentyabr ayının 29-unda Akademiya tələbələrinin aktiv iştirakı ilə Enactus təlimləri həyata keçirilib. Bu təlimlərin davamı olaraq oktyabr ayında "First Step" çempionatı keçirilib. Çempionatda tələbələrdən ibarət 13 komanda bir-birilə mübarizə aparaq,6 oktyabrda ilkin mərhələni keçən 6 komanda isə oktyabrın 13-ündə final mərhələsində mübarizəni davam etdirib.Enactus Azərbaycanın indiki və keçmiş program menecerləri,İB klubun təsisçisi, biznes məşvərətçi şuranın üzvləri və komandamızın kapitanı münsif qismində çıxış ediblər. Qalib komanda isə komanda tərəfindən mükafatlandırılmış həmçinin turnirdə aktiv iştirakı ilə seçilən tələbələr komandaya cəlb edilib.

2012-ci il noyabr və iyul aylarında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi və Enactus Azərbaycan - "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyinin təşkilatçılığı ilə "Gənc Sahibkarlar üçün Biznes Akademiyası "adlı düşərgələr keçirilib.Bu layihədə təhsil müəssisələrinin Enactus (SIFE) komandalarının aktiv üzvləri,ali təhsil ocaqlarının Enactus (SIFE) məsləhətçiləri, komanda kapitanları və komandanın aktiv üzvləri iştirak ediblər. Enactus (SIFE) "Gənc Sahibkarlar üçün Biznes Akademiyası " düşərgəsinin məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, tələbələrdə mövcud liderlik qabilliyyətinin inkişaf etdirilməsi, biznes planlarının düzgün yazılışının öyrədilməsi, layihə müddətində düzgün vaxt bölgüsünün təmin edilməsi, effektiv komanda yığımı, layihələrin idarə edilməsi və iş bölgüsünün təmin edilməsi, təqdimat bacarıqlarının artırılması, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.Düşərgədə Akademiyanın Enactus komandası da uğurla iştirak edib. Düşərgənin sonunda hər bir tələbə sertifikatla təltif edilib.

2012-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı Hadı Rəcəbli komandanın baş məsləhətçisidir.

2013-ci il 16-19 yanvar tarixləri arasında Moskvada Gaidar Forum/2013 beynəlxalq forumu keçirilmşdir.İqtisadi və siyasi inkişaf problemlərinin müzakirəsi məqsədilə müntəzəm olaraq təşkil olunan forumda Rusiya Federasiyasının Baş Naziri, Nokia Korporasiyasının məşvərətçi partnyoru,Rusiya Federasiyasının Regional Banklar Assosiasiyasının Vitse-prezidenti, Rusiya Federasiyasının Maliyyə nazirinin müavini, Rusiyada Dünya Maliyyə İnkişaf Mərkəzi üzrə İşçi qrupunun rəhbəri, Dünya Bankının Vitse-prezidenti, Rusiya Prezidenti yanında Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Administratsiyasının rektoru və bir sıra iş adamları iştirak ediblər. Inteqrasiya yolu ilə İnkişaf,Qlobal disbalans və Qlobal balans,Siyasətin qlobal koordinasiyası,Beynəlxalq Valyuta Sistemi forumda əsas müzakirə olunan mövzular olub. Forumda həmçinin hər bir ölkənin Enactus komandasının nümayəndələri iştirak etmişdir.Enactus Azərbaycanı isə komanda lideri olaraq DİA Enactusun kapitanı Kəmaləddin Nəzərli təmsil edib. Forum çərçivəsində Moskvada gedən danışıqlar nəticəsində Enactus DİA komandası ilə Dünya Çempionatında 3-cü yer tutan Hindistan çempionu Enactus H.R Kommersiya və İqtisadiyyat Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb.

Dia Enactus komandası həmçinin bir sıra yeniliklər etməyi planlaşdırır. Belə ki,bu yenilik nəinki Azərbaycanda,hətta dünya Enactus tarixində ilk dəfədir ki həyata keçiriləcək. Komandamız Respublika universitetlərinin tələbələrini bir araya gətirib Enactus haqqında bir sıra təlimlər həyata keçirəcək.Və daha sonra respublika tələbələri arasında "First Step 2" çempionatı keçiriləcək. Belə ki,iştirakçı tələbələr birgə işləyə bilmək baxımından əlverişli formada müxtəlif komandalara bölünəcək və hər komanda Enactus layihəsi hazırlayacaq.Bu proqramın yüksək səmərəliliyini və obyektivliyini təmin etmək məqsədilə isə münsif qismində respublika universitetlərinin Enactus komandalarının kapitanlarının iştirakını nəzərdə tutulur.Belə ki,komanda tərəfindən həyata keçiriləcək bu layihə həm Enactus tarixində bir ilk olduğuna,həm Enactus Azərbaycanın Dünya Enactus komandaları arasında PR-ının aparılmasına,həm də Enactus proqramının Respublika tələbələri arasında təbliğatının aparılmasına görə böyük əhəmiyyətə malikdir və Enactus Azərbaycan tərəfindən dəstəklənir.