Moskvanın "qış nağılı"

Bu il,dekabr ayının sonlarında Moskvaya getmək yenidən mənə qismət oldu.Yeni il ərəfəsində yağan qarın dadını çıxarmaq və əsl Yeni il ab havasını hiss etmək istəyirsinizsə, Moskva tam sizlikdir.Məhz mən də buna görə Moskvaya üz tutdum.Moskvada bu dəfədə ilk gedəcəyim yer turistlərin marağını cəlb edən yer Qızıl meydan oldu.

Metrodan çıxan kimi sanki nağıllar aləminə düşürsən.

Metronun yanından aralanıb Qızıl meydan tərəfə üz tutdum.

Qızıl meydana doğru gedən yolda qarşınıza Manej meydanı çıxır.Manej meydanı gözəlliyinə və arxitekturasına görə digər meydanlardan heçdə geri qalmır.

Manej meydanından aralanıb Qızıl meydana daxil oluram.

Burada məni Lenin movzoleyi qarşılayır

Qızıl meydanda da əsl Yeni il ab-havası hökm sürürdü.Qızıl Meydan yeni ilin keçirildiyi ən coşğulu və ideal məkanı sayılır.Qızıl meydanda bütün mağazalar,küçələr bərq vurur.Bu gözəl bir bayram atmosferi yaradır.

Нажмите на видео для просмотра:
Красная площадь перед новым годом

Нажмите на видео для просмотра:
xxxxxxx2

Qızıl meydanda təşkil olunan yarmarkalardan siz əzizləriniz üçün Rusiya və yeni ilə aid gözəl suvenirlər ala bilərsiniz.Şəhərin mərkəzi olduğundan burda qiymətlər çox yüksəkdir.Həmin suvenirləri mərkəzdən aralı yerlərdə daha ucuz qiymətə ala bilərsiniz.

Artıq dekabrın əvvəlindən meydanda bayram yolkaları quraşdırılıb, Milad yarmarkaları və əyləncə meydançaları açılıb, müsabiqələr və konsertlər təşkil olunur.

Qırmızı meydana hər gün minlərlə turist ziyarət edir.Yeni il qabağı turistlərin sayı daha da artır. Qırmızı meydanda dünyanın istənilən yerindən gələn turistləri görmək mümkündür.  

Bu il Moskva Yeni il bayramı ərəfəsində Rusiyada ən çox turist qəbul edən şəhər olacaq. İstəyinizdən aslı olaraq Yeni ili meydanda, yaxud qapalı məkanda keçirə bilərsiniz. Unutmayın ki, Moskvada bayramları qeyd etmək üçün insanların toplaşdığı möhtəşəm məkan - Qızıl Meydanıdır.

Moskvada ən yaxşı bayram atmosferini hiss edəcəyiniz yerlərdən biridə Qızıl meydandakı QUM ticarət mərkəzidir.

Paytaxtın ən mərkəzində yerləşən QUM ticarət mərkəzi artıq qonaqlarını bayram bəzəkləri ilə qarşılayır.Ticarət mərkəzinin qarşısında böyük Yeni il yarmarkası təşkil olunub.

Bu yarmarkaya gələnlər əliboş qayıtmır.Ticarət mərkəzinin içində bir çox brend mağazalara rast gələ bilərsiniz.

Qum ticarət mərkəzinin göz oxşayan və tamamilə fərqli  arxitekturası insanları heyrətə gətirir.

İstəyinizdən aslı olaraq Yeni ili meydanda, yaxud qapalı məkanda keçirə bilərsiniz.

Moskva gecə həyatı ilə məşhur olan bir şəhərdir. Yeni il gecələri isə əyləncə pik nöqtəyə çatır.

Rusiya vizasız gedə biləcəyimiz ölkə olduğu üçün bizlər üçün daha əlverişlidir.Yeni ili qarsız keçirmək istəməyənlər üçün Moskva ideal yerdir.

Fərid Dağlar

Day.Az