Zadəganlıqdan imtina etmiş tacirin dünyaya bəxş etdiyi mədəniyyət incisi - FOTOREPORTAJ
Day.Az представляет новость на азербайджанском языке
Dünyanın ən böyük muzeylərindən biri Tretyakov Qalereyası Rusiyanın paytaxtı Moskvada yerləşir.
O, rus incəsənətinin simvolu sayılır. Qalereyada dəyərli rus kolleksiyaları qorunur. Muzey həmçinin sovet sovet incəsənəti və mədəniyyətini özündə əks etdirən minlərlə rəngkarlıq, qrafika,heykəltəraşlıq və tətbiqi incəsənət nümunələrinə malikdir.Muzeydə 180000 mindən çox eksponat qorunur.Burda 60-dan çox zal var.
Qalereyanın yaranma tarixi çox maraqlıdır.Tretyakov qalereyasının yaranma tarixi 1856-cı ildən başlanır.Rusiyanın tanınmış taciri Pavel Tretyakov ilk rəsm işlərini rus rəssamlarından alır.Pavel ilk öncə buna bir hobbi kimi baxsa da sonradan kolleksiya yığmaq onun əsas işinə çevrilir.Qalereya getdikcə böyüyür.Yer az olduğundan yeni zallar tikilməsinə ehtiyac yaranır. Yeni zallar tikilir.
1892-ci ildə Tretyakov öz qalereyasını Moskvaya bağışlayır.Bu əməlinə görə çar Pavel Tretyakova zadəgantitulu verir.Lakin Tretyakov bu tituldan imtina edir.Onun əsas amalı rus mədəniyyəti üçün hansısa bir töhfə vermək idi.Lakin Tretyakov bu tituldan imtina edir.Onun əsas amalı rus mədəniyyəti üçün hansısa bir töhfə vermək idi.
Sonralar qalereya onun şərəfinə "Tretyakov Qalereyası" adlandırılır.
Hər gün 10000 minlərlə adam qalereyanı ziyarət edir.
Əgər sizdə Moskvadasınızsa mütləq bu qalereyaya baş çəkin.Qalereyanın iş vaxtı və qiymətləri ilə aşağıda tanış ola bilərsiniz.
Tretyakov Qalereyasının iş vaxtı
Çərşənbə axşamı, Çərşənbə və Bazar 10:00 - 18:00;
Cümə axşamı, cümə və cümə ertesi 10:00 - 21:00;
Bazar ertəsi istirahət günüdür;
Kassalar iş vaxtının sonuna bir saat qalmış bağlanır.
Tretyakov qalereyasının əsas binasına giriş biletlərinin qiyməti:
böyüklər - 500 rubl (12,60 AZN) (Rusiya və MDB ölkələri vətəndaşlarından başqa ölkə vətəndaşları)
böyüklər (Rusiya və MDB ölkələri vətəndaşları) - 350 rubl (8,80 AZN)
tələbə - 250 rubl (6,30 AZN)
endirim olunalar- 250 rubl (6,30 AZN) (təqaüdçülər, Sovet İttifaqı Qəhrəmanları, Rusiya Federasiyasının Qəhrəmanları,Rusiya universitetlərinin tələbələri)
Baş binaya kompleks giriş biletləri və Tretyakov Qalereyasının Krımski Val binası qiymətləri:
böyüklər - 800 rubl (20 AZN) (Rusiya və MDB ölkələri vətəndaşlarından başqa ölkə vətəndaşları)
böyüklər (Rusiya və MDB ölkələri vətəndaşları) - 600 rubl (15 AZN)
məktəblilər, tələbələr - 400 rubl (10 AZN)
endirim olunanlar - 250 rubl (6,30 AZN) (təqaüdçülər, Sovet İttifaqı Qəhrəmanları, Rusiya Federasiyasının Qəhrəmanları,Rusiya universitetlərinin tələbələri)
Fərid Dağlar
Day.Az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре