“Haber Global” Xocalı həqiqətlərini dünyaya göstərdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin "Haber Global" telekanalında Xocalı soyqırımı ilə bağlı "Bir İnsanlık Utancı, Hocalı Soykırımı" adlı sənədli film nümayiş etdirilib.

Oxu.Az-ın məlumatına görə, filmdə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində Ermənistan hərbi birləşmələrinin törətdiyi dəhşətli qətliamla bağlı məlumatlar verilib.

Süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Xocalı həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması üçün sənədli film beş (türk, alman, fransız, ingilis, rus) dilə tərcümə edilib.

Filmdə qeyd olunur ki, dəhşətli gecədən yaddaşlarında qalan acı xatirələr bu insanları 27 ildir rahat buraxmır.

İşgəncələrə məruz qalan yüzlərlə qızın bütün xəyallarını puç edən, ana-ataların gözlərini yaşlı qoyan, bacını qardaşın, qardaşı bacının ölümü ilə sınayan, daha dünyaya gəlməmiş körpənin cinsiyyətini öyrənmək üçün mərc gələrək, hamilə qadınların qarnını yarıb bətnindən körpəsini çıxarıb nizəyə keçirən ermənilər isə 27 ildir Xocalı soyqrımına görə cavab verməyiblər.

Xocalı sakinləri deyir ki, onların tək arzusu əzizlərini itirdikləri o torpaqlara qayıtmaq və övladlarını doğma yurdlarında böyütməkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.