https://news.day.az/azerinews/1155455.html “Nizami” metrostansiyası bağlanacaq

“Nizami” metrostansiyası bağlanacaq

Azərbaycanca, 12 сентября 2019 13:13 1 509

Daha bir stansiyanın təmirə bağlanması gözlənilir. 

Day.Az xəbər verir ki, bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, gələcəkdə "Nizami" metrostansiyasında təmir-bərpa işləri aparılacaq:

"Növbəti təmir işlərinin 2026-cı ildə "Nizami" stansiyasında olacağı gözlənilir. Stansiyada zəruri olan bütün infrastrukturlar yenilənəcək. Stansiyada bir sıra yüngül tədbirlər görülüb, platformada, eləcə də, divarlarda orijinallığı qorumaqla Nizaminin əsərləri üzərində işlər aparılıb. 

Lakin eskalatorların istismar müddəti bitmədiyi üçün təmir işləri hələ başlanmayıb. Hazırda sərnişinlərin ixtiyarında olan eskalatorların istismar müddəti 2026-da bitdiyi və stansiya bir giriş-çıxışlı olduğu üçün, təmir işləri başa çatana qədər stansiya bağlana bilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости