Ərinə 22 il qulluq etdiyi üçün ayda 33 min tələb edir

Məşhur aparıcı Larri Kinqin boşanma ərəfəsində olduğu arvadı Şaun Kinq ondan aylıq 33 min 100 dollar təzminat tələb edir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Şaun 22 illik evlilik həyatında uşaqlarına və ərinə baxmaq üçün gəlirli təklifləri rədd etdiyini, özünü Larriyə həsr etdiyini bildirib.

1985-2010-cu illər arasında CNN-də yayımlanan "Larry King Live" adlı proqramı ilə tanınan 86 yaşlı aparıcı hazlırda heç bir gəliri olmadığı söyləyib. O, 60 yaşındakı arvadının tələbini yerinə yetirə bilməyəcəyini açıqlayıb.

Şaun isə Larrinin illik gəlirinin 1,9 milyon dollar olduğunu iddia edib. O bildirib ki, əri son olaraq "The Millionth Question" adlı pproqramı üçün 5 milyon dollarlıq müqavilə imzalayıb. O, Beverli Hillsdə birlikdə yaşadıqları ailə evlərini ərinin 4 milyon dollara satdığını bildirib.