Müharibənin bir ayı: 30 ilə bərabər 30 gün
Bu gün İkinci Qarabağ müharibəsinin başlanmasından bir ay keçir. İyirmi yeddi il əvvəl itirdiyimiz torpaqların bir hissəsini (təxminən 1/5) cəmi bir ay ərzində geri qaytarmışıq. Bu gün də Azərbaycan ordusu hərb meydanında öz sözünü deyir və xalqımızı ardıcıl qələbə xəbərləri ilə sevindirməkdə davam edir. Keçən günlər ərzində ordumuz mənfur düşmən tapdağından 4 şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) və bir neçə qəsəbəni, 165 kənd və strateji əhəmiyyətli mövqeləri azad etmişdir.
Bildiyimiz kimi, bu müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilmişdir. Düşmənin dəyəri $2 mlrd-dan çox olan texnikası məhv edilib. Bir ay ərzində düşmən itkilərinin statistikasına qısaca nəzər salaq.
Düşmənin məhv edilən canlı qüvvəsi 3 mindən çoxdur.
Məhv edilən və ələ keçirilən düşmən texnikaları:
252 tank məhv edilib, 53 tank hərbi qənimət kimi götürülüb.
50 ədəd piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb.
251 ədəd müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb.
61 minaatan məhv edilib, 45-i qənimət götürülüb.
53 tank əleyhinə vasitə məhv edilib.
82 "Qrad" qurğusu məhv edilib.
2 "Uraqan" məhv edilib.
bir TOS məhv edilib.
4 TOR zenit-raket kompleksi məhv edilib.
40-a yaxın OSA zenit-raket kompleksi məhv edilib.
4 KUB və bir KRUQ zenit-raket kompleksi məhv edilib.
2 "S-125" zenit-raket kompleksi məhv edilib.
6 "S-300" zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib.
2 "Elbrus" əməliyyat-taktiki raket kompleksi məhv edilib
1 "Toçka-U" raketi məhv edilib.
231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb.
Azərbaycan ordusu dünya müharibə tarixində nadir hallarda görünən uğura imza atdı. Ermənilər işğal etdikləri torpaqlarda neçə illər idi ki, möhkəmlənirdilər. Relyef baxımından da üstünlük onlar tərəfdə idi. Bütün bu çətinliklərə baxmayaraq, ordumuz düşmənin öhdəsindən gəldi. Düşmənin yaratdığı müdafiə xətləri dağıdıldı. Ermənistan ordusu əsgərlərimizin qarşısında aciz qalıb. Məğlub olduqlarını başa düşüb bütün dünyaya səs salıblar ki, bizə kömək edin. Artıq dünya əvvəlki deyil. Dünya ölkələri Azərbaycanın haqq savaşı apardığının bilir. Bu həm də diplomatiya qələbəmizdir.
Düşmən öz mənfur niyyətlərini həyata keçirmək üçün hər cür yola əl atır. Müxtəlif dövlətlərin vasitəsilə üç dəfə humanitar atəşkəs imzalansa da, hər dəfə Ermənistan humanitar atəşkəsi pozur. Düşmən öz acı məğlubiyyətinin əvəzini mülki vətəndaşlarımızı hədəfə almaqla çıxmağa çalışır. Mənfur düşmən Gəncəni,Tərtəri, Ağcabədini və bir çox rayonlarımızı atəşə tutur. Mülki vətəndaşlarımız həlak olur. Azərbaycan ordusu vətəndaşlarımızın heyfini döyüş meydanında düşməndən artıqlamasıyla alır. Bizim ordu düşməndən fərli olaraq onların mülki əhalisini hədəfə almır. Bu fakt bizim necə bir humanist xalq olduğumuzun göstəricisidir.
İkinci Qarabağ savaşı başlayan kimi nə qədər insan könüllü döyüşmək üçün hərbi komissarlıqlara üz tutdu, vətəni üçün döyüşməyə hazır olduğunu bildirdi. Hər kəs əlindən gələn köməyi vətəni üçün əsirgəmir. Hamı istəyir ki, kiçik də olsa, qələbədə payı olsun. Bu müharibə xalqımızı düşmənə qarşı yumruq kimi birləşdirdi. Çünki bu müharibə bizim haqq savaşımızdır.
Biz əminik ki, Azərbaycan ordusu tez bir zamanda torpaqlarımızı erməni işğalçılarından azad edəcək. Şanlı ordumzun üçrəngli bayrağımızı Şuşada dalğalandıracağı günlər uzaqda deyil.
Fərid Zöhrabov
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре