Qarabağımızın yeni turizm məkanı

Ordumuz torpaqlarımızı hər keçən gün erməni işğalından azad edir. İşğaldan azad olunan torpaqlarımızda geniş turizm imkanları var. Cənnət Qarabağın turizm imkanları çox böyükdür. Torpaqlarımız işğal altında olanda bu turizm marşrutu üzrə turist səfərləri mümkün deyildi. Qarabağımız işğaldan azad olunduqdan bu bölgədə də turizm inkişaf edəcək.

Qarabağın turizm üçün ən əlverişli yerlərindən biri Suqovuşan kəndidir. Xatırladım ki, Suqovuşan 3 oktyabrda ordumuz tərəfindən işğaldan azad edilmişdir. işğaldan azad olunana qədər kəndin adını ermənilər Madagiz adlandırırdı. İşğaldan azad olunandan sonra Madagizin tarixi adı bərpa edilərək,  "Suqovuşan" adlandırılmışdır. Kənd Tərtər rayonunun ərazisinə daxildir. Buranı müasir turizm məkanına çevirmək mümkündür. 

Suqovuşanda yaşamış insanlarla söhbət etdikdə kəndin turizm üçün necə əlverişli olduğu adamın gözü önündə canlanır. Suqovuşanın saf dağ iqlimi, gözəl təbiət mənzərələri, tarixi abidələri, su anbarı burada turizmin müxtəlif növlərinin inkişafının mümkün olacağından xəbər verir. Kəndə gedən yol düşmən tapdağında olanda tamam yararsız hala düşmüşdü. Suqovuşan kəndi işğaldan azad olunduqdan sonra kəndi  Tərtərlə birləşdirən yol çəkilir.Yol çəkilirsə, deməli, bizim   gözəlliklərini öz gözlərimizlə görəcəyimiz tarix uzaqda deyil.Torpaqlarımız işğaldan azad olduqca Qarabağda turizm dirçələcək. Daxili turizm daha da rəngarəng olacaq. Xaricdən turistlər axışacaq. Ölkəmizdə o torpaqlara gedib oranı görmək özüm də daxil olmaqla bir çox adamların arzusudur . Bu arzuların reallaşması çox da uzaqda deyil.

Fərid Zöhrabov