Qayıdışın mübarək,

Vətənimizin ən gözəl rayonlarından biri Laçındır. Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalçıları tərəfindən işğal olunmuşdur. Biz hər il bu günü Laçının işğalı kimi qeyd edirdik. Daha 18 may qəm-qüssə yaradan tarix deyil. 29 ildən sonra bu tarix ilk dəfə işğal günü kimi qeyd olunmur. Laçınımız illər çəkən həsrətdən sonra azaddır. Şanlı ordumuzun rəşadəti və dövlətimizin apardığı siyasət nəticəsində Laçına qovuşduq. İndi Laçın səbirsizliklə övladlarının yolunu gözləyir.

Ermənilər Laçını işğal etdikdən sonra şəhərdəki tarixi abidələri dağıdıb. Tariximizi silməyə çalışıblar. Lakin xalqımız heç vaxt erməni işğalı ilə barışmadı. Laçının azad olunması Azərbaycanın hərbi və siyasi qələbələrindən biridir. 

Laçın tarixi və mədəni imkanlarına görə zəngin rayondur. Rayon coğrafi mövqeyinə görə böyük önəmə malikdir 

Budəfəki 18 may bir başqadır. Bu gün ölkəmiz artıq 18 mayı Laçının işğalı kimi qeyd eləmir. Bundan sonra isə qayıdışını qeyd edəcəyik.

Qayıdışın mübarək, dağlar gözəli Laçın.

Fərid Zöhrabov