Ermənistan iqtidarı və müxalifəti sərhəddə bir-birinə qarşı?
İkinci Qarabağ müharibəsi 44 davam etdi. 44 günlük Vətən müharibəsi nəticəsində şanlı ordumuz 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı azad etdi. Azərbaycan ötən əsrin 90-cı illərində yaranmış Qarabağ məsələsini həll edib. Belə bir vəziyyətdə Ermənistanın münaqişənin həll olunmadığını əksinə proseslərin davam etdiyi görüntüsü yaratmaq cəhdləri boş yerədir. Erməni işğalına son qoyulması sərhədlərin dəqiqləşdirilməsini zəruri edir. Mənfur düşmənimiz Ermənistan sərhədlərin dəqiqləşdirilməsində təxribata əl atır və vəziyyəti gərginləşdirməyə çalışır. Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanatında bildirib ki, sərhəd xəttinin müəyyən edilməsi tərəflərdə olan xəritələr əsasında aparılır.
Son günlər Laçında Qaragöl ətrafında baş verən gərginlik onu göstərir ki, Ermənistan höküməti tamailə özünü itirib. Ermənilər bu gölə sahiblənmək istəyirlər. Qaragölün birmənalı olaraq Azərbaycan torpağı olması barədə tarixi faktlar var. Bir danılmaz həqiqət də vardır ki, ermənilər torpaqlarımızı işğal altında saxladığı müddətdə qanunsuz olaraq öz sərhədlərini bizim torpaqlar hesabına irəli çəkib. Azərbaycanın Ermənistandan fərqli olaraq heç vaxt başqa ölkəyə ərazi iddiası olmayıb. Biz tarixi torpaqlarımız xəritəmiz çərçivəsində bərpa edirik və edəcəyik.
Sərhəddə ən son gərginlik isə mayın 27-dən 28-nə keçən gecə ermənilər Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizi Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.
Nəticədə hərbi qulluqçumuz yaralanıb. Ordumuz düşmənə layiqincə cavab verib.
Sərhəddə baş verən hadisələrə müxtəlif prizmadan baxmaq olar.Birincisi hökumət qüvvələri tərəfindən qəsdən yaradılır.Əsasən daxili auditoriyaya hesablanır və güc nümayiş etdirməyə çalışırlar. İkincisi isə hökümətə qarşı qüvvələrin törətməsini fikirləşmək olar. Çünki onlar bilirlərki Azərbaycan tərəfi sərt reaksiya göstərəcək və bu seçkiqabağı Paşinyanın nüfuzuna zərbə kimi hesablanır. Sərhədlərlə və atəşkəsin pozulmasıyla bağlı hadisələr istər Ermənistan hakimiyyəti istər ona qarşı duran qüvvələr tərəfindən keçirilsin, öz layiqli cavabını alacaq və dövlət sərhədlərimiz bərpa olunacaq.
Fərid Zöhrabov
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре