Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları təsdiqləndi

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları təsdiqlənib.

Day.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Qərar verib.

Sənədə əsasən, Nazirlər Kabineti qərara alır:

- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" təsdiq edilsin .

- Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nda nəzərdə tutulan məlumatların ilkin mənbədən əldə edilməsinin təmin olunması məqsədilə aşağıdakı dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) üzərindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə sorğularının cavablandırılması
qaydasında inteqrasiya edilsin:

-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
-Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
-Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
-Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;
-Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
-Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

-Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

-Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi EHİS vasitəsilə bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsil
Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə inteqrasiyasını bir ay müddətində təmin etsin.
4."Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ləğv edilsin.

- Bu Qərar 2023-cü il martın 1-dən qüvvəyə minir.