https://news.day.az/azerinews/1722066.html Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO Mənzil bazarında hissəli satış prosesi canlanacaq. Day.Az xəbər verir ki, "Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azaldılması ilə bağlıdır. Yeni dəyişiklik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək.

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Azərbaycanca, 11 января 2025 09:25 (UTC +04:00) 1 370
Mənzil almaq istəyənlərə

Mənzil bazarında hissəli satış prosesi canlanacaq.

Day.Az xəbər verir ki, "Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azaldılması ilə bağlıdır. Yeni dəyişiklik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək.

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov deyir ki, yeni qaydalara əsasən, vergi yalnız mənzilin mənfəət hissəsi sahibkara ödənildikdən sonra tutulacaq. Əvvəl isə xüsusən hissəli satışla satılan mənzillərdə ilkin ödəniş maya dəyərinə aid edilsə də, mənfəət vergisi bu məbləğdən çıxılırdı.

Eskpertin sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişiklik sahibkarların yeni tikili binalarda hissəli satış üçün marağını artıracaq ki, bu da sözügedən mənzilin vətəndaş üçün əlçatanlığına səbəb olacaq.

Firdovsi Xəlilov əlavə edib ki, yeni tikili binalarda mənzillərin ucuzlaşmasına səbəb ola biləcək amillərdən biri təklifin artmasıdır. Bunun üçün isə bina layihələrinin müvafiq icazə sənədləri vaxtında təsdiqlənməlidir.

Ekspert qeyd edib ki, bundan başqa, sahibkarlara güzəştli kreditlərin aşağı faizlə verilməsi, tikinti materiallarının ucuzlaşması kimi amillər yeni tikili binalarda mənzillərin aşağı qiymətlə təklif edilməsinə səbəb ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости