Bu şagirdlər yeni formatda imtahan verəcək

4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək.

Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, monitorinq imtahanlarının keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətini qiymətləndirməkdir.

Eşqi Bağırov bildirib ki, imtahanlarda 310 mindən çox şagirdin iştirakı nəzərdə tutulur. Bu il ilk dəfə olaraq 10 minə yaxın şagird imtahanları elektron formada verəcək.