https://news.day.az/azerinews/1753598.html VI sinif şagirdləri üçün monitorinq keçiriləcək Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, monitorinqdə iştirak icbaridir. Yalnız üzrlü səbəblər olduğu halda iştirakdan azad olunma mümkündür.

VI sinif şagirdləri üçün monitorinq keçiriləcək

Azərbaycanca, 18 мая 2025 08:53 (UTC +04:00) 515
VI sinif şagirdləri üçün monitorinq keçiriləcək

Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, monitorinqdə iştirak icbaridir.

Yalnız üzrlü səbəblər olduğu halda iştirakdan azad olunma mümkündür.

Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır və monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına və sinifdən-sinfə keçidlərinə təsir göstərmir.

Qeyd edək ki, bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagird kompüter əsaslı monitorinqə cəlb olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости