https://news.day.az/azerinews/1754237.html "Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ... - VİDEO Bakının Nərimanov rayonunda yerləşən məşhur "Şəki" restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib. Day.Az globalinfo.az-a istinadən xəbər verir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib.

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ... - VİDEO

Azərbaycanca, 20 мая 2025 16:04 (UTC +04:00) 426
"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

Bakının Nərimanov rayonunda yerləşən məşhur "Şəki" restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.

Day.Az globalinfo.az-a istinadən xəbər verir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib. Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.

"Şəki" restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.

Qeyd edək ki, "Şəki" restoranı Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası səbəbindən sökülüb.

Xatırladaq ki, Nərimanov rayonu ərazisində daha bir məşhur iaşə obyekti - "Şuşa" restoranı sökülüb. Sahibinin iddiasına görə, ona kompensasiya olaraq 3 milyon verilib. Obyekt sahibi bu məbləğə görə narazılıq edir. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости