https://news.day.az/azerinews/1755804.html Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilib.

Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO

Azərbaycanca, 26 мая 2025 18:21 (UTC +04:00) 434
Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən Day.Az-а bildirilib ki, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

 

6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular "İxtisas atışı", "Məqbul atışı", "Snayper müdafiədə", "Snayper hücumda" və digər çalışmalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın yekununda qalib komandalara mükafatlar təqdim olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости