https://news.day.az/azerinews/1756485.html Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır - MN Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb. Bu barədə Day.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır - MN

Azərbaycanca, 29 мая 2025 11:40 (UTC +04:00) 398
Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır

Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb.

Bu barədə Day.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir:

"Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости