Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir

Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir.

Day.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şəhər Günü çərçivəsində tamaşa nümayişi, sərgilər, təsviri sənətlə bağlı ustad dərsləri, geniş konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi və siyasi müstəvilərdə qazanılan qələbələr sayəsində 2020-ci ilin 25 noyabr tarixində Kəlbəcər rayonu işğaldan azad edilib. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.