https://news.day.az/azerinews/1831628.html Diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər. Day.Az Trend-ə istinadən xəbər verir ki, qonaqlar Xankəndidəki Zəfər parkını ziyarət ediblər.

Diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər

Azərbaycanca, 1 мая 2026 14:22 (UTC +04:00) 221
Diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qonaqlar Xankəndidəki Zəfər parkını ziyarət ediblər.

Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Səfərdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir və iki gün davam edəcək.

Səfər çərçivəsində iştirakçılar bölgədə aparılan yenidənqurma və bərpa işləri ilə yerində tanış olacaq, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət edəcəklər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости