Həkimdən detoks prosedurları ilə bağlı xəbərdarlıq
Qastroenteroloq Andrey Simakov bildirib ki, detoks adı ilə təqdim olunan damcı və orqanizm təmizləmə prosedurları sağlam insanlar üçün faydalı deyil, bəzi hallarda isə zərərli ola bilər.
Day.Az xəbər verir ki, onun sözlərinə görə, insan orqanizmi qaraciyər və böyrəklərin fəaliyyəti sayəsində toksinləri təbii şəkildə xaric edir.
Mütəxəssis qeyd edib ki, bu cür prosedurlar insanlarda yalançı yaxşılaşma hissi yarada və onları lazımsız tibbi xidmətlərə pul xərcləməyə sövq edə bilər. Xüsusilə detoks proqramlarının aclıq və sərt pəhrizlərlə birləşdirilməsi sağlamlıq üçün risk daşıyır.
Həkimin sözlərinə görə, belə hallarda müşahidə olunan çəki azalması əsasən su itkisi ilə bağlı olur. Yaşlılar və uşaqlarda isə bu cür yanaşmalar əzələ itkisi və qida maddələrinin çatışmazlığı riskini artırdığı üçün xüsusilə təhlükəli hesab edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре