https://news.day.az/azerinews/1846282.html Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə keçirilən taktiki-uçuş təlimi başa çatıb - VİDEO Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2026" beynəlxalq taktiki-uçuş təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə keçirilən taktiki-uçuş təlimi başa çatıb - VİDEO

Azərbaycanca, 6 июля 2026 15:27 (UTC +04:00) 336
Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə keçirilən taktiki-uçuş təlimi başa çatıb

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2026" beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimdə ölkəmizi təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.

Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости