İstidə buzlu su düşündüyünüz qədər faydalı deyil
Yay istisində buz kimi su içmək və ya qəfil soyuq suya girmək hər zaman təhlükəsiz seçim hesab edilmir. Mütəxəssislər bildirirlər ki, bu cür temperatur fərqi damarların kəskin daralmasına səbəb ola, qan təzyiqini yüksəldə və ürəyə əlavə yük yarada bilər.
Day.Az xəbər verir ki, ekspertin sözlərinə görə, buzlu içkilər də susuzluğu tam aradan qaldırmır.
Əksinə, orqanizm mayeni isitməyə enerji sərf etdiyindən suyun mənimsənilməsi ləngiyə, nəticədə yorğunluq və halsızlıq hissi arta bilər.
Sağlam şəkildə sərinləmək üçün otaq temperaturunda suyun kiçik qurtumlarla qəbul edilməsi, əllərin və biləklərin sərin su ilə yuyulması tövsiyə olunur. Mütəxəssis əlavə edir ki, isti havalarda ilıq çay içmək də tərləməni artıraraq bədənin təbii yolla soyumasına kömək edə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре