https://news.day.az/azerinews/1848811.html Afət Fərmanqızı saraya bənzər villasını göstərdi - VİDEO Müğənni Afət Fərmanqızı sosial şəbəkədə paylaşdığı görüntülərlə yenidən diqqət mərkəzinə düşüb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi saray üslubunu xatırladan dəbdəbəli villasından kadrları izləyiciləri ilə bölüşüb. Paylaşımda evin geniş yataq otağı, zəngin interyeri və klassik dekorasiyası xüsusi maraq doğurub.

Afət Fərmanqızı saraya bənzər villasını göstərdi - VİDEO

Azərbaycanca, 18 июля 2026 12:04 (UTC +04:00) 232
Afət Fərmanqızı saraya bənzər villasını göstərdi

Müğənni Afət Fərmanqızı sosial şəbəkədə paylaşdığı görüntülərlə yenidən diqqət mərkəzinə düşüb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi saray üslubunu xatırladan dəbdəbəli villasından kadrları izləyiciləri ilə bölüşüb. Paylaşımda evin geniş yataq otağı, zəngin interyeri və klassik dekorasiyası xüsusi maraq doğurub.

Xüsusilə villanın bəzək elementləri və dəbdəbəli dizaynı sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. İzləyicilər paylaşımın altına çoxsaylı rəylər yazaraq evin görünüşü ilə bağlı fərqli fikirlər səsləndiriblər.

Bəziləri villanın interyerini bəyəndiyini ifadə etsə də, digərləri dekorasiya ilə bağlı müxtəlif şərhlər yazıblar.

Afət Fərmanqızının dəbdəbəli evindən paylaşdığı görüntülər qısa zamanda sosial mediada yayılaraq gündəmin diqqət çəkən mövzularından birinə çevrilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости