https://news.day.az/azerinews/1849642.html "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq "WhatsApp" istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya üzərində işləyir. Yenilik sayəsində artıq insanlarla əlaqə yaratmaq üçün telefon nömrəsini paylaşmaq məcburiyyəti aradan qalxacaq. Milli.Az xəbər verir ki, yeni sistemdə istifadəçilər özlərinə unikal istifadəçi adı (username) seçə biləcəklər.

"WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq

Azərbaycanca, 23 июля 2026 04:20 (UTC +04:00) 284
"WhatsApp"dan yenilik:

"WhatsApp" istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya üzərində işləyir. Yenilik sayəsində artıq insanlarla əlaqə yaratmaq üçün telefon nömrəsini paylaşmaq məcburiyyəti aradan qalxacaq.

Milli.Az xəbər verir ki, yeni sistemdə istifadəçilər özlərinə unikal istifadəçi adı (username) seçə biləcəklər. Digər şəxslər isə onları məhz bu ad vasitəsilə axtarıb tapa və mesaj göndərə biləcəklər.

Məlumata görə, istifadəçi adları xüsusi qaydalara uyğun formalaşdırılacaq və hər biri unikal olacaq. İstifadəçilər istədikləri vaxt seçdikləri adı dəyişdirə və ya tamamilə silə biləcəklər.

Bu yenilik xüsusilə tanımadığı şəxslərlə ünsiyyət quran istifadəçilər üçün əlavə məxfilik təmin edəcək. Belə ki, yazışma zamanı şəxsi telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq.

 

Gözlənilir ki, yeni funksiya yaxın aylarda mərhələli şəkildə bütün WhatsApp istifadəçilərinin istifadəsinə veriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости