https://news.day.az/azerinews/1850234.html Sabah çimərliklərdə 30 dərəcə isti olacaq Sabah çimərliklərdə 30 dərəcəyə qədər isti olacaq. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah cənub-şərq küləyi əsəcək. Çimərliklərdə dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29...

Sabah çimərliklərdə 30 dərəcə isti olacaq

Azərbaycanca, 25 июля 2026 15:43 (UTC +04:00) 283
Sabah çimərliklərdə 30 dərəcə isti olacaq

Sabah çimərliklərdə 30 dərəcəyə qədər isti olacaq.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah cənub-şərq küləyi əsəcək.

Çimərliklərdə dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.

Qeyd edək ki, növbəti günlərdə Bakıda və Abşeron yarımadasında şiddətli istilərlə bağlı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости