https://news.day.az/azerinews/1850915.html Zaqatalada bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb Zaqatalada bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb. APA məlumatına görə, hadisə günorta saatlarında rayonun Qəbizdərə kəndində baş verib. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Zaqatalada bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb

Azərbaycanca, 29 июля 2026 19:26 (UTC +04:00) 104
Zaqatalada bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb

Zaqatalada bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb.

APA məlumatına görə, hadisə günorta saatlarında rayonun Qəbizdərə kəndində baş verib.

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan eyni ailənin üzvləri - Zaqatala şəhər sakinləri, 1991-ci il təvəllüdlü Vasif Hacımurad oğlu Sultanov, 1985-ci il təvəllüdlü Səfa Səlim qızı Sultanova, 2017-ci il təvəllüdlü Ömər Vasif oğlu Sultanov və 2013-cü il təvəllüdlü Ayşə Vasif qızı Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun II Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətlərinin yüngül olduğu müəyyən edilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости