Ağdam–Xankəndi dəmir yolunun tikintisinin 44 faizi tamamlanıb
Ağdam-Xankəndi dəmir yolunun tikintisinin 44 faizi tamamlanıb.
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən verilən məlumata görə, hazırda layihələndirmə işlərinin 90 faizi, tikinti-quraşdırma işlərinin isə təxminən 44 faizi başa çatıb.
Bildirilib ki, emumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur.
Məlumata əsasən, Ağdam-Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində isə tikinti işləri sürətlə davam etdirilir.
Qeyd olunub ki, Ağdam-Xankəndi dəmir yolunun istismara verilməsi Qarabağda nəqliyyat əlçatanlığının artırılmasına, regionun sosial-iqtisadi inkişafına, eləcə də Bakıdan Xankəndiyə "Böyük Qayıdış" prosesinin sürətlənməsinə mühüm töhfə verəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре