https://news.day.az/azerinews/1851541.html Azərbaycan avarçəkənləri Avropa ikincisi olublar İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngülçəkili idmançıların mübarizəsinə yekun vurulub. AZƏRTAC xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını iki idmançı təmsil edib.

Azərbaycan avarçəkənləri Avropa ikincisi olublar

Azərbaycanca, 1 августа 2026 18:01 (UTC +04:00) 196
Azərbaycan avarçəkənləri Avropa ikincisi olublar

İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngülçəkili idmançıların mübarizəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını iki idmançı təmsil edib. Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıb.

Xatırladaq ki, Ziya Məmmədzadə və Nurlan Paşayev iyunun 12-dən 14-dək Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости