https://news.day.az/azerinews/1851884.html Azərbaycan velosipedçisi beynəlxalq turnirdə medal qazanıb Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət elit yığma komandasının üzvü Viktoriya Sidorenko Çinin "Pardus MK" komandasının heyətində "Xinjiang Production and Construction Corps" beynəlxalq turnirində uğurla çıxış edib.

Azərbaycan velosipedçisi beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanca, 3 августа 2026 19:48 (UTC +04:00) 175
Azərbaycan velosipedçisi beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət elit yığma komandasının üzvü Viktoriya Sidorenko Çinin "Pardus MK" komandasının heyətində "Xinjiang Production and Construction Corps" beynəlxalq turnirində uğurla çıxış edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ikigünlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan təmsilçimiz növbəti gün fəxri kürsünün üçüncü pilləsinə qalxıb və ümumi təsnifatda 1-ci yeri tutub.

Qeyd edək ki, Viktoriya Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости