https://news.day.az/azerinews/1853109.html Azərbaycan gəncləri Azərbaycan Evlərinin fəaliyyəti ilə tanış olublar - FOTO Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçıları ilə xarici ölkələrdəki Azərbaycan evlərinin rəhbərləri arasında görüş keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan gəncləri Azərbaycan Evlərinin fəaliyyəti ilə tanış olublar - FOTO

Azərbaycanca, 10 августа 2026 16:01 (UTC +04:00) 158
Azərbaycan gəncləri Azərbaycan Evlərinin fəaliyyəti ilə tanış olublar

Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçıları ilə xarici ölkələrdəki Azərbaycan evlərinin rəhbərləri arasında görüş keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin şöbə müdiri Leyla Həmzəyevanın moderatorluğu ilə keçirilən tədbirdə Norveçdə Azərbaycan Evinin rəhbəri Ramil Əliyev, Laqodexidə Azərbaycan Evinin rəhbəri Mustafa Süleymanov, Türküstanda Azərbaycan Evinin rəhbəri Rəmilə Mustafayeva və Macarıstanda Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli diaspor gəncləri ilə öz bilik və təcrübələrini bölüşüblər.

Diaspor nümayəndələri Azərbaycan Evlərinin fəaliyyəti, yaşadıqları ölkələrdə Azərbaycan mədəni irsinin və reallıqlarının təbliğinə yönəlmiş işləri, qarşılaşdıqları çətinliklər və əldə etdikləri uğurlar barədə ətraflı məlumat veriblər. Qonaqlar vurğulayıblar ki, diaspor gənclərinin yay düşərgələri Azərbaycan gənclərinin milli ruhda tərbiyəsində və onların Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır.

Keçirilən müzakirələr və səsləndirilən fikirlər diaspor gənclərinin xüsusi marağına səbəb olub.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkil etdiyi və avqustun 2-dən 8-dək keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edib. Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində keçirilmiş əvvəlki düşərgələrdə isə ümumilikdə dünyanın 84 ölkəsindən 700-dən çox gənc iştirak edib.

Dünyanın 21 ölkəsində fəaliyyət göstərən 33 Azərbaycan Evinin ölkəmizin beynəlxalq miqyasda tanıdılmasında xüsusi rolu var.

  • Azərbaycan gəncləri Azərbaycan Evlərinin fəaliyyəti ilə tanış olublar

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости