https://news.day.az/azerinews/1853428.html Andraş Baka Macarıstanın yeni prezidenti seçilib Macarıstan parlamenti ölkənin yeni prezidenti vəzifəsinə Ali Məhkəmənin keçmiş sədri Andraş Bakanı seçib. AZƏRTAC xəbər verir ki, onun namizədliyinin lehinə 140 deputat, əleyhinə isə 6 deputat səs verib. Səsvermədə ümumilikdə 146 parlamentari iştirak edib.

Andraş Baka Macarıstanın yeni prezidenti seçilib

Azərbaycanca, 11 августа 2026 19:29 (UTC +04:00) 141
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib

Macarıstan parlamenti ölkənin yeni prezidenti vəzifəsinə Ali Məhkəmənin keçmiş sədri Andraş Bakanı seçib.

AZƏRTAC xəbər verir ki, onun namizədliyinin lehinə 140 deputat, əleyhinə isə 6 deputat səs verib. Səsvermədə ümumilikdə 146 parlamentari iştirak edib. Andraş Baka prezidentliyə yeganə namizəd olub. "Bizim Vətənimiz" partiyasının nümayəndəsi Tot Mate isə namizədliyinin irəli sürülməsi üçün tələb olunan sayda tövsiyə səsi toplaya bilməyib.

Hakim "Fides-KDNP" koalisiyası Tomaş Şuyokun vəzifədən uzaqlaşdırılmasını qanunsuz hesab edərək seçkidə iştirak etməyib.

Səsvermənin nəticələri elan edildikdən sonra Andraş Baka prezident andı içib. O, avqustun 19-da vəzifəsinin icrasına başlayacaq. Andraş Baka çıxışında qanunun aliliyinin, konstitusiya mədəniyyətinin və cəmiyyətin dövlət institutlarına etimadının bərpasının zəruriliyini bildirib.

Yeni dövlət başçısı vurğulayıb ki, milli birlik baxışların eyniliyi demək deyil və prezident siyasi neytrallığını qorumalıdır. O, həmçinin bütün vətəndaşların hüquqlarının qorunmasına və onlara hörmətlə yanaşılmasına çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости