https://news.day.az/azerinews/1854223.html Macarıstanda avtobus qəzası olub, 12 nəfər ölüb, 10 nəfər yaralanıb Macarıstanda Polşaya məxsus sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər həyatını itirib, 10 nəfər isə ağır yaralanıb. APA-nın yerli mediaya istinadən məlumatına görə, hadisə gecə saatlarında ölkənin şimal-şərqində, Nyiredhaza şəhəri yaxınlığında M3 avtomagistralında baş verib.

Macarıstanda avtobus qəzası olub, 12 nəfər ölüb, 10 nəfər yaralanıb

Azərbaycanca, 16 августа 2026 11:31 (UTC +04:00) 176
Macarıstanda avtobus qəzası olub, 12 nəfər ölüb, 10 nəfər yaralanıb

Macarıstanda Polşaya məxsus sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər həyatını itirib, 10 nəfər isə ağır yaralanıb.

APA-nın yerli mediaya istinadən məlumatına görə, hadisə gecə saatlarında ölkənin şimal-şərqində, Nyiredhaza şəhəri yaxınlığında M3 avtomagistralında baş verib.

Macarıstanın baş naziri Peter Magyar bildirib ki, avtobus yoldan çıxaraq xəndəyə aşıb. Qəza zamanı nəqliyyat vasitəsində 57 sərnişin və 2 sürücü olub.

Xilasedicilər təxminən 24 ton ağırlığında olan avtobusu ərazidən çıxarmaq üçün kranlardan istifadə edirlər.

Qəzanın başvermə səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости