https://news.day.az/azerinews/1854819.html Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb - FOTO Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb. Day.Az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi məlumat yayıb. Bildirilib ki, tapıntı ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib.

Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb - FOTO

Azərbaycanca, 19 августа 2026 11:59 (UTC +04:00) 123
Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb

Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi məlumat yayıb.

Bildirilib ki, tapıntı ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib. Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib.

Aşkar edilən hərbi sursat Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa və təhlükəli hallarda 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verməyə çağırır!

  • Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb
  • Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb
  • Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb
  • Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости